13 noyabr 2026. Cümə

Azərbaycan karateçiləri “Tbilisi Open 2026” turnirində iştirak edəcəklər


  • Offside
  • 18:19 12.11.2026
  • Oxunma sayı: 32
Azərbaycan karateçiləri “Tbilisi Open 2026” turnirində iştirak edəcəklər

Azərbaycanın uşaq, yeniyetmə və gənclərdən ibarət karate yığmaları noyabrın 14-15-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Tbilisi Open 2026” beynəlxalq turnirində mübarizə aparacaqlar.

Azərbaycan Karate Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda ölkəmizi müxtəlif yaş və çəki kateqoriyaları üzrə 34 idmançı təmsil edəcək.

Nümayəndə heyətinə federasiya prezidentinin köməkçisi Vüsal Abdullazadə rəhbərlik edəcək. Komandanın məşqçiləri Bəşir Mahmudov və İbrahim Heydərov olacaq.

Mehman Əlirzayev və Murad Hacızadə isə turnirdə hakim kimi fəaliyyət göstərəcəklər.







Offside