13 noyabr 2026. Cümə

Məhəmməd Abdullayev Budapeştdə beynəlxalq boks gecəsində rinqə çıxacaq


  • Offside
  • 18:54 12.11.2026
  • Oxunma sayı: 41
Məhəmməd Abdullayev Budapeştdə beynəlxalq boks gecəsində rinqə çıxacaq

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə Avropa və Panamerika yığmalarının iştirakı ilə beynəlxalq döyüş gecəsi keçiriləcək.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, noyabrın 14-də təşkil olunacaq yarışda milli komandamızın üzvü Məhəmməd Abdullayev də mübarizə aparacaq.

+90 kq çəki dərəcəsində çıxış edən boksçumuz ABŞ təmsilçisi Gilbert Kabamba ilə qarşılaşacaq.

Məhəmməd Abdullayev məşqçisi Etibar Abdullayevlə birlikdə bu gün Macarıstana yollanıb. Onların noyabrın 15-də Bakıya qayıtmaları nəzərdə tutulub.

Qeyd edək ki, beynəlxalq boks gecəsində qadın və kişi idmançılarının hər biri beş çəki dərəcəsində qüvvəsini sınayacaq. Döyüşlər Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Offside