13 noyabr 2026. Cümə

“Gəncə” FIBA Avropa Kubokunda növbəti məğlubiyyətini alıb


  • Offside
  • 20:45 12.11.2026
  • Oxunma sayı: 37
“Gəncə” FIBA Avropa Kubokunda növbəti məğlubiyyətini alıb

“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, C qrupunun VI turu çərçivəsində Türkiyənin “Esenler Erokspor” klubunu qəbul edən Azərbaycan təmsilçisi 66:97 hesabı ilə məğlub olub. Gəncə İdman Sarayında təşkil olunan qarşılaşma qonaqların üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, “Gəncə” daha əvvəl Rumıniyanın “Universitatiya” (96:105), Yunanıstanın “Kolossos” (62:80) və “Esenler Erokspor” (63:92) komandalarına uduzub. Təmsilçimiz yalnız Portuqaliyanın “Sportinq” klubunu 69:67 hesabı ilə məğlub edib. “Rilski Sportist” (Bolqarıstan) ilə görüşdə isə komandaya texniki məğlubiyyət (0:20) verilib.







Offside