13 noyabr 2026. Cümə

Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar


  • Offside
  • 00:01 13.11.2026
  • Oxunma sayı: 45
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində 8-18 yaşlı şahmatçılar arasında keçirilən Avropa çempionatına yekun vurulub.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova sonuncu turda FIDE təmsilçisi Lizaveta Liaşkeviçə qalib gələrək turniri maksimum nəticə ilə başa vurub. Bir tur əvvəl çempionluğunu təmin edən şahmatçımız doqquz görüşün hamısında qələbə qazanaraq 9 xalla Avropa çempionu olub.

18 yaşadək oğlanların yarışında Tunar Davudov son turda Polşa təmsilçisi Pavel Sovinskini məğlub edib. Xalını 7-yə çatdıran şahmatçımız Avropa çempionatının gümüş medalına sahib çıxıb.

8 yaşadək qızların mübarizəsində isə Selin Məmmədova Türkiyə təmsilçisi Eliz Karahana qalib gələrək bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatını bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar. Millimiz komanda hesabında 42 ölkə arasında 3-5-ci yerləri bölüşdürüb.







Offside