13 noyabr 2026. Cümə

Eduard Məmmədov Avropa çempionatında iki qızıl medal qazanıb


  • Offside
  • 12:22 13.11.2026
  • Oxunma sayı: 38
Eduard Məmmədov Avropa çempionatında iki qızıl medal qazanıb

Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında iki qızıl medala sahib çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, noyabrın 7-dən 14-dək WAKO versiyası üzrə təşkil olunan qitə birinciliyində təmsilçimiz “Master Class” kateqoriyasında 63 kq çəki dərəcəsində iki versiya üzrə mübarizə aparıb.

İdmançımız “Light Contact” versiyasının finalında Portuqaliya təmsilçisi Emanuel Kortesi, “Kick Light” versiyasında isə Macarıstan idmançısı Marton Hasını və İtaliya təmsilçisi Alessandro La Mantianı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Beləliklə, Eduard Məmmədov karyerasında 13-cü dəfə Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovniki Eduard Məmmədov dəfələrlə dünya və Avropa çempionu olub. İdmançı qazandığı qələbələri şəhidlərin xatirəsinə həsr etdiyini bildirib.







Offside