- Offside
- 23:17 13.11.2026
Noyabrın 16-da Xorvatiyanın Poreç şəhərində boks üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatı start götürəcək.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, doqquz gün davam edəcək yarışda ölkəmizi 7 idmançı təmsil edəcək.
Məşqçilər Elbrus Rzayev və Elvin Məmişzadənin rəhbərliyi altında aşağıdakı boksçular rinqə çıxacaqlar:
50 kq: Bilalhəbaşi Nəzərov
55 kq: Zidan Hünbətov
60 kq: Məhəmmədəli Aşırəliyev
65 kq: Əli Abdullayev
70 kq: Nicat Alırzayev
75 kq: Abbasqulu Şadlinski
+90 kq: Səbuhi Əlizadə
Yarışda Azərbaycanı hakim qismində Anar Nağdıyev təmsil edəcək.
Qeyd edək ki, milli komandamız noyabrın 14-də Xorvatiyaya yollanacaq.