13 noyabr 2026. Cümə

Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub


  • Offside
  • 15:47 13.11.2026
  • Oxunma sayı: 44
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Azərbaycan komandası üçün başa çatıb.

Milli Olimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, Oyunların sonuncu günündə yığmamızın sonuncu təmsilçisi Abbas Hüseynov qılıncoynatmanın sablya növündə mübarizə aparıb.

İdmançımız qrup mərhələsində ilk görüşdə Sinqapur təmsilçisi Auv Eştona məğlub olub. Lakin sonrakı qarşılaşmalarda Türkiyə təmsilçisi Candeniz Berrakı, Seneqal idmançısı Cibril Queyeni, islandiyalı Ari Conassonu, iraqlı Hayder Əl-Əsadini və qazaxıstanlı Aybar Kaıymı məğlub edib. Növbəti mərhələdə gürcüstanlı Giorgi Uruşadzeyə uduzan Abbas Hüseynov yarışla vidalaşıb.

Beləliklə, Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarını 3 qızıl və 3 gümüş olmaqla, ümumilikdə 6 medalla başa vurub.

Qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar.

Çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə gümüş medala sahib çıxıblar.







Offside