13 noyabr 2026. Cümə

“Mingəçevir” Elman Sultanovla yollarını ayırıb


  • Offside
  • 16:32 13.11.2026
  • Oxunma sayı: 44
“Mingəçevir” Elman Sultanovla yollarını ayırıb

“Mingəçevir” futbol klubu baş məşqçisi Elman Sultanovla yollarını ayırıb.

I Liqa təmsilçisinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Mingəçevir” I Liqada yeddi turdan sonra 4 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. Komanda VII turda “Şahdağ Qusar”la oyuna çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.







Offside