13 noyabr 2026. Cümə

“Kür” EHF Avropa Kubokunda Şimali Makedoniya klubuna məğlub olub


  • Offside
  • 18:51 13.11.2026
  • Oxunma sayı: 43
“Kür” EHF Avropa Kubokunda Şimali Makedoniya klubuna məğlub olub

Qadınlardan ibarət “Kür” həndbol komandası EHF Avropa Kubokunun III təsnifat mərhələsində növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şimali Makedoniyanın “WHC Çair” kollektivi ilə qarşılaşıb. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan görüş qonaqların 27:24 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 15-də eyni məkanda keçiriləcək. “Kür” II təsnifat mərhələsində Kiprin APOEL klubunu hər iki oyunda məğlub edərək (40:18, 39:13) növbəti mərhələyə yüksəlib.







Offside