13 noyabr 2026. Cümə

AFFA “Alanyaspor Baku” və “Lion” klublarının şikayətləri ilə bağlı qərar verib


  • Offside
  • 18:27 13.11.2026
  • Oxunma sayı: 45
AFFA “Alanyaspor Baku” və “Lion” klublarının şikayətləri ilə bağlı qərar verib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Alanyaspor Baku” və “Lion” klublarının apellyasiya şikayətlərinə baxaraq müvafiq qərarlar qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, hər iki klubun şikayəti qismən təmin olunub.

“Alanyaspor Baku”nun U-13 komandasında çıxış edən Cəbrayıl Hüseynovun üç oyunluq cəzası iki oyuna endirilib. Futbolçu “Step FK” ilə qarşılaşmanın 40-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə almışdı.

“Lion”un gənclər komandasında çıxış edən Həsən Hüseynovla bağlı əvvəlki qərar isə ləğv edilib. Belə ki, futbolçuya verilmiş altı oyunluq cəza və klubun 1200 manat cərimələnməsi ilə bağlı qərar qüvvədən düşüb. İşə yenidən baxılması üçün materiallar AFFA İntizam Komitəsinə göndərilib.

Qeyd edək ki, Həsən Hüseynov “Turan Tovuz”la görüşün 80-ci dəqiqəsində rəqib komandanın qapıçısını təhqir etdiyinə görə meydandan qovulmuşdu.

Klubların hər iki qərardan Lozannada yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququ var.







Offside