13 noyabr 2026. Cümə

Azərbaycan millisində Lixtenşteynlə matç öncəsi dəyişiklik


  • Offside
  • 21:21 13.11.2026
  • Oxunma sayı: 48
Azərbaycan millisində Lixtenşteynlə matç öncəsi dəyişiklik

Azərbaycan milli komandasının Lixtenşteynlə keçiriləcək oyunu öncəsi heyətində dəyişiklik edilib.

90deqiqe.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 23 futbolçudan ibarət siyahıda yer alan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən millinin heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Lixtenşteyn yığması ilə qarşılaşacaq. “Reynpark” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.







Offside