13 noyabr 2026. Cümə

Messinin komandası “River Pleyt”lə xüsusi oyunda qarşılaşacaq


  • Offside
  • 23:17 13.11.2026
  • Oxunma sayı: 48
Messinin komandası “River Pleyt”lə xüsusi oyunda qarşılaşacaq

Lionel Messinin çıxış etdiyi “İnter Mayami” klubu 2027-ci ildə Argentina təmsilçisi “River Pleyt”lə xüsusi matçda üz-üzə gələcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə “İnter Mayami”nin rəsmi “X” hesabında məlumat verilib.

Komandalar arasında görüş yanvarın 19-da “River Pleyt”in ev stadionu olan “Monumental” arenasında keçiriləcək.

Qeyd edək ki, Lionel Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Argentinalı hücumçunun klubdakı debütü həmin il iyulun 21-də Liqa Kuboku çərçivəsində “Krus Asul”a qarşı oyunda baş tutub.

Messinin Florida təmsilçisi ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir. O, komandanın heyətində MLS Kubokunu, müntəzəm mövsüm çempionluğunu və Liqa Kubokunu hərəsini bir dəfə qazanıb.







Offside