14 noyabr 2026. Şənbə

Dana Uayt Usman Nurməhəmmədov və Merab Dvalişvili arasındakı insidentə münasibət bildirib


  • Offside
  • 23:58 13.11.2026
  • Oxunma sayı: 32
Dana Uayt Usman Nurməhəmmədov və Merab Dvalişvili arasındakı insidentə münasibət bildirib

UFC prezidenti Dana Uayt noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə PFL-in yüngül çəkidə hazırkı məğlubedilməz çempionu Usman Nurməhəmmədov və komanda yoldaşları ilə UFC-nin sabiq bantamweight çempionu Merab Dvalişvili arasında baş verən dava barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, Uayt hadisənin idman biznesinə mənfi təsir göstərdiyini bildirib.

“Belə hadisələr heç vaxt biznesin xeyrinə olmur. Bu, insidentdə iştirak edən hər kəsi pis vəziyyətdə göstərir. Təəssüf doğurur. İndi onların hamısı Əbu-Dabidə həbsdədir. Görək, bütün bunlar necə nəticələnəcək”, – deyə Uaytın sözlərini “FightLuck”ın “X” sosial şəbəkəsindəki hesabı sitat gətirib.

Qeyd edək ki, noyabrın 11-də Əbu-Dabidə Usman Nurməhəmmədov müsahibə verən Merab Dvalişvilinin yanına yaxınlaşaraq ona şillə vurub. Bundan sonra Merab və dostu Saba Lazişvili ilə Usman və onun komanda yoldaşları arasında dava düşüb. Hadisədən sonra bütün iştirakçılar saxlanılıb. Daha sonra Usman Nurməhəmmədovun BƏƏ-də altı ay müddətinə həbs edildiyi barədə məlumat yayılıb.

Məlumata görə, insidentin səbəbi daha əvvəl baş vermiş oxşar hadisə ilə bağlı qisas ola bilər. Belə ki, Dvalişvili bundan əvvəl Umar Nurməhəmmədovun dostu Əhməd Hacıməhəmmədova şillə vurmuşdu.







Offside