- Offside
- 00:07 15.11.2026
Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, A qrupunda mübarizə aparan yığmamız ikinci matçında İrlandiya seçməsini qəbul edib. Milli Gimnastika Arenasında keçirilən görüş qonaqların 91:73 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda İsveçrəyə 33:84 hesabı ilə məğlub olub.