15 noyabr 2026. Bazar günü

“Naxçıvan” voleybol klubu Superliqada ardıcıl ikinci qələbəsini qazanıb


  • Offside
  • 20:00 14.11.2026
  • Oxunma sayı: 31
“Naxçıvan” voleybol klubu Superliqada ardıcıl ikinci qələbəsini qazanıb

Qadın voleybolçulardan ibarət “Naxçıvan” komandası Azərbaycan Superliqasında növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, ölkə çempionatının II turu çərçivəsində səfərdə “Gəncə” ilə qarşılaşan Naxçıvan təmsilçisi 3:2 hesablı qələbə qazanıb. “Gəncə” İdman Sarayında keçirilən görüşün taleyi tay-brekdə həll olunub.

Setlər üzrə hesab belə olub: 29:27, 17:25, 9:25, 25:18, 8:15.

Beləliklə, “Naxçıvan” klubu Azərbaycan Superliqasında ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.







Offside