- Offside
- 00:07 15.11.2026
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan təmsilçiləri uğurlu çıxışlarını davam etdirirlər.
90deqiqe.Az-ın məlumatına görə, batut gimnastikasının 13-14 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Muhamməd Həsənli və Ömər Qasımlı final mərhələsində 46,160 xal toplayaraq bürünc medal qazanıblar.
Eyni proqramda 17-21 yaş kateqoriyasında mübarizə aparan Mehdi Əliyev və Nicat Mirzəyev təsnifat mərhələsində 48,960 xalla dördüncü yeri tutaraq finala vəsiqə əldə ediblər.
Tamblinq üzrə fərdi proqramda 11-13 yaş kateqoriyasında çıxış edən Əsnad Niftiyeva isə 42,700 xalla səkkizinci nəticə göstərərək final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycan gimnastları yarışda mübarizələrini davam etdirirlər.