- Offside
- 02:07 16.11.2026
Güləş üzrə milli komandalara cəlb edilmiş fizioterapevtlərin iştirakı ilə növbəti maarifləndirici tədbir təşkil olunub.
Azərbaycan Güləş Federasiyasından (AGF) 90deqiqe.Az-a verilən məlumata görə, praktiki seminar çərçivəsində İdman Tibbi və Reabilitasiya Mərkəzi üçün alınmış müasir avadanlıqlar təqdim edilib. İştirakçılara cihazların təyinatı, istifadə qaydaları və tətbiq imkanları barədə ətraflı məlumat verilib.
Fizioterapevtlər yeni avadanlıqlarla yaxından tanış olub, onların praktik istifadəsi ilə bağlı bilik və bacarıqlarını təkmilləşdiriblər.
Qeyd edək ki, AGF və Azərbaycan İdman Akademiyasının birgə həyata keçirdiyi proqram milli komandaların tibbi-reabilitasiya təminatının gücləndirilməsinə, idman fizioterapiyası sahəsində mütəxəssislərin hazırlanmasına və idmançıların sağlamlığının qorunmasına xidmət edir.