16 noyabr 2026. Bazar ertəsi

Azərbaycan gimnastı dünya çempionatında tarixi uğura imza atıb


  • Offside
  • 14:31 15.11.2026
  • Oxunma sayı: 44
Azərbaycan gimnastı dünya çempionatında tarixi uğura imza atıb

Azərbaycan gimnastı Ammar Baxşalıyev Çinin Nankin şəhərində keçirilən gənclər arasında dünya çempionatında uğurlu çıxış edib.

90deqiqe.Az-ın məlumatına görə, təmsilçimiz təsnifat mərhələsində 54,850 xal toplayaraq altıncı pillədən finala vəsiqə qazanıb. Həlledici mərhələdə isə 55,450 xal toplayan gimnast bürünc medala sahib çıxıb.

Beləliklə, Ammar Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində gənclər arasında dünya çempionatında fərdi proqram üzrə medal qazanan ilk idmançı olub.







Offside