- Offside
- 02:07 16.11.2026
Noyabrın 14-də Lənkəranda bədii gimnastika üzrə açıq region birinciliyi təşkil olunub.
90deqiqe.Az-ın məlumatına görə, yarışda “Ocaq Sport” klubunun Lənkəran, Şirvan, Masallı və Sabirabad bölmələrini təmsil edən gimnastlar iştirak ediblər.
2014-2020-ci il təvəllüdlü idmançıların mübarizə apardığı birincilikdə iştirakçılar yaş qruplarına uyğun olaraq alətsiz, halqa, top və gürzlərlə proqramlarda çıxış ediblər.
Yarışın nəticələrinə əsasən, 2019-cu il təvəllüdlü gimnastlar arasında Zeynəb Nəcəfli birinci, Nilay Zeynallı ikinci, Nilay Əliyeva isə üçüncü yeri tutub.
2020-ci il təvəllüdlü gimnastların mübarizəsində Aynişan Fərzəliyeva qızıl, Dəniz Məmmədova gümüş, Ayla Ələkbərova isə bürünc medal qazanıb.
Birinciliyin sonunda fərqlənən gimnastlar diplom və medallarla təltif olunublar.