16 noyabr 2026. Bazar ertəsi

Aleksandr Zverev ATP-2026 mövsümünün yekun turnirinə qələbə ilə başlayıb


  • Offside
  • 19:14 15.11.2026
  • Oxunma sayı: 65
Aleksandr Zverev ATP-2026 mövsümünün yekun turnirinə qələbə ilə başlayıb

Almaniyalı tennisçi Aleksandr Zverev ATP-2026 mövsümünün yekun turnirində ilk görüşünü qələbə ilə başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, dünya reytinqinin bir nömrəli tennisçisi ilk qarşılaşmada İspaniya təmsilçisi, reytinqdə 11-ci sırada qərarlaşan Rafael Xodarı məğlub edib.

1 saat 28 dəqiqə davam edən görüş Zverevin 6:4, 6:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Matç ərzində almaniyalı tennisçi 10 eysə imza atıb, qoşa səhvə yol verməyib və qazandığı yeddi breyk imkanından ikisini reallaşdırıb.

Xodar isə üç eys edib, bir qoşa səhvə yol verib. İspaniyalı tennisçi qazandığı iki breyk imkanının heç birindən yararlana bilməyib.

Zverev turnirdə növbəti görüşünü dünya reytinqinin dördüncü pilləsində qərarlaşan amerikalı Ben Şeltona qarşı keçirəcək.







Offside