16 noyabr 2026. Bazar ertəsi

Yoldaşlıq görüşündə kütləvi qarşıdurma yaşandı, altı oyunçu meydandan qovuldu


  • Offside
  • 22:34 15.11.2026
  • Oxunma sayı: 73
Yoldaşlıq görüşündə kütləvi qarşıdurma yaşandı, altı oyunçu meydandan qovuldu

ABŞ-ın MLS təmsilçisi “Nyu-York Red Bullz” və Meksikanın “Klub Amerika” komandaları arasında keçirilən yoldaşlıq görüşündə kütləvi dava baş verib.

90deqiqe.Az-ın məlumatına görə, qarşıdurmadan sonra hakim altı futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb.

Matçın 84-cü dəqiqəsində qeydə alınan qayda pozuntusundan sonra hər iki komandanın futbolçuları arasında mübahisə yaranıb. Qısa müddətdə böyüyən qarşıdurma meydanda kütləvi davaya çevrilib.

Nəticədə “Nyu-York Red Bullz” klubundan Ronald Donkor, Neuen Benedetti və Endi Roxas, “Klub Amerika”dan isə Daqoberto Espinoza, Emilio Lara və Ramon Xuares qırmızı vərəqə alaraq meydandan qovulublar.

Qarşılaşma “Nyu-York Red Bullz”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Nyu-York Red Bullz” MLS-in Şərq Konfransında müntəzəm mövsümü 10-cu pillədə başa vurduğu üçün pley-off mərhələsinə vəsiqə qazana bilməyib. “Klub Amerika” isə Meksika çempionatının Klaura turnirində mövsümün başa çatmasına bir tur qalmış ikinci pillədə qərarlaşıb.







Offside