- Offside
- 02:07 16.11.2026
Dünya reytinqinin dördüncü pilləsində qərarlaşan amerikalı tennisçi Ben Şelton 2026-cı il ATP-nin Yekun Turnirinin ilk oyununda fransalı Artur Fisi (7-ci) məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, görüş 6:2, 3:6, 6:3 hesabı ilə başa çatıb.
Tennisçilər kortda 1 saat 58 dəqiqə mübarizə aparıblar.
Şelton 11 eys zərbəsi vurub, ikiqat səhvə yol verməyib və 12 breyk imkanından üçünü reallaşdırıb. Fis isə dörd eys vurub, bir dəfə ikiqat səhvə yol verib və üç breyk imkanından yalnız birindən yararlanıb.
Qeyd edək ki, 2026-cı il ATP-nin Yekun Turniri noyabrın 15-dən 22-dək İtaliyanın Turin şəhərində keçirilir. Yarışın son qalibi italiyalı Yannik Sinnerdir. O, bu il diz zədəsi səbəbindən turnirdə iştirak etmir.