- Offside
- 22:31 16.11.2026
Noyabrın 15-də “Bakı – Dünya İdman Paytaxtı 2026” tədbirləri çərçivəsində “Sea Breeze” ərazisində “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi təşkil olunub.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycan İdman Rəqsləri Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan təmsilçiləri iştirak ediblər.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və federasiyanın prezidenti Əli Həşimli çıxış ediblər.
Müsabiqə çərçivəsində iştirakçılar “samba”, “ça-ça-ça”, “rumba”, “paso doble” və “cive” rəqs növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Sonda yarışın qalibləri mükafatlandırılıblar.