- Offside
- 22:31 16.11.2026
“LANDAU Lions” klubunun basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunun VI turunun ən yaxşı oyunçusu adına layiq görülüb.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, amerikalı basketbolçu İsveçrədə yerli “Cenevrə Lions” komandası ilə qarşılaşmada 34 xal, 2 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun effektivlik göstəricisi 30 olub.
Qeyd edək ki, Bakı təmsilçisi həmin görüşdə rəqibinə 77:85 hesabı ilə məğlub olub.