17 noyabr 2026. Çərşənbə axşamı

Azərbaycan güləşinin tarixini əks etdirən kitabın hazırlanması müzakirə olunub


  • Offside
  • 15:37 16.11.2026
  • Oxunma sayı: 47
Azərbaycan güləşinin tarixini əks etdirən kitabın hazırlanması müzakirə olunub

Azərbaycan Güləş Federasiyasında (AGF) Güləş İrsi və İcması Komitəsinin növbəti iclası keçirilib.

Federasiyandan 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə komitə üzvləri, AGF nümayəndələri və tanınmış güləş veteranları iştirak ediblər.

İclasda Azərbaycan güləşinin zəngin tarixi irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində görülə biləcək işlər müzakirə olunub.

Görüşün əsas müzakirə mövzusu Azərbaycan güləşinin tarixini əks etdirən kitabın hazırlanması olub. Bu istiqamətdə ilkin müzakirələr aparılıb, nəşrin məzmunu, əhatə dairəsi və hazırlanması ilə bağlı müxtəlif təkliflər səsləndirilib.

Qeyd olunub ki, belə bir kitabın hazırlanması Azərbaycan güləşinin tarixi yolunun, görkəmli idmançı və məşqçilərin xidmətlərinin, eləcə də əldə olunan nailiyyətlərin sistemli şəkildə əks etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə səsləndirilən fikir və təkliflərin gələcək fəaliyyət planında nəzərə alınması, layihə ilə bağlı müzakirələrin davam etdirilməsi məqsədəuyğun hesab olunub.







Offside