17 noyabr 2026. Çərşənbə axşamı

Azərbaycan nümayəndələri Astanada beynəlxalq paralimpiya seminarında iştirak ediblər


  • Offside
  • 16:32 16.11.2026
  • Oxunma sayı: 53
Azərbaycan nümayəndələri Astanada beynəlxalq paralimpiya seminarında iştirak ediblər

Noyabrın 11-13-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Paralimpiya Komitəsinin (IPC Impact) dəstəyi, Qazaxıstan Milli Paralimpiya Komitəsi və Qazaxıstan Milli İdman Universitetinin təşkilatçılığı ilə beynəlxalq seminar keçirilib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Monqolustan və Moldovanın milli paralimpiya komitələrinin nümayəndələri iştirak ediblər.

Seminarda Azərbaycan Milli Paralimpiya Komitəsi də təmsil olunub.

Tədbir çərçivəsində paraidmanın inkişafı, tibbi təsnifat, media və marketinq istiqamətləri üzrə təqdimatlar keçirilib, iştirakçı ölkələr arasında təcrübə mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti seminar zamanı Uşaq Paralimpiya Oyunları layihəsi, onun həyata keçirilməsi istiqamətləri və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib.

Seminarın sonunda Azərbaycan nümayəndə heyəti tərəfindən Qazaxıstan Milli Paralimpiya Komitəsinin baş katibinə qurumun 30 illik yubileyi münasibətilə hazırlanmış xatirə hədiyyələri təqdim olunub. Həmçinin Azərbaycan Milli Paralimpiya Komitəsinə iştirakçı ölkə kimi xatirə plaketi, nümayəndə heyətinin üzvlərinə isə iştirak sertifikatları verilib.







Offside