- Offside
- 22:31 16.11.2026
Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan təmsilçilərinin ilk rəqibləri bəlli olub.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, məşqçilər Elbrus Rzayev və Elvin Məmişzadənin rəhbərliyi altında mübarizə aparacaq boksçulardan ikisi – Məhəmmədəli Aşırəliyev və Nicat Alırzayev bu gün turnirin ilk yarış günündə rinqə çıxacaqlar.
Azərbaycan idmançılarının ilk rəqibləri belədir:
50 kq: Bilalhəbaşi Nəzərov – Katalin Turku (Moldova)
55 kq: Zidan Hümbətov – Badreddin Burauia (İtaliya)
60 kq: Məhəmmədəli Aşırəliyev – Georgios Pleas (Yunanıstan)
65 kq: Əli Abdullayev – Artur Kuzmenko (Ukrayna)
70 kq: Nicat Alırzayev – İdriss Əhməd Xlifi (Belçika)
75 kq: Abbasqulu Şadlinski – Arşak Bablumyan (Ermənistan) / Mixal Pejxala (Polşa) cütünün qalibi
+90 kq: Səbuhi Əlizadə – İşxan Hovsepyan (Ermənistan)
Qeyd edək ki, doqquz gün davam edəcək Avropa çempionatında 39 ölkədən 276 idmançı mübarizə aparacaq. Qaliblərin adına noyabrın 24-də aydınlıq gələcək. Yarışda Azərbaycanı hakim qismində Anar Nağdıyev təmsil edəcək.