17 noyabr 2026. Çərşənbə axşamı

Bakıda bədii gimnastika üzrə “Qış nağılı” beynəlxalq turniri keçiriləcək


  • Offside
  • 12:29 16.11.2026
  • Oxunma sayı: 36
Bakıda bədii gimnastika üzrə “Qış nağılı” beynəlxalq turniri keçiriləcək

Dekabrın 4-6-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “Qış nağılı” beynəlxalq turniri təşkil olunacaq.

Azərbaycan Gimnastika Federasiyasından (AGF)  90deqiqe.Az-a verilən məlumata görə, yarışda gənc gimnastlar öz məharətlərini nümayiş etdirərək zəriflik, çeviklik və bədii ifadə bacarıqlarını birləşdirən proqramlarla çıxış edəcəklər.

Turnir xarici ölkələrin müvafiq federasiyalarının və klublarının, eləcə də yerli ictimaiyyətin iştirakı ilə gimnastlar arasında təcrübə mübadiləsinin aparılmasına, idmançıların bacarıqlarının inkişafına və beynəlxalq arenada özlərini göstərmələrinə imkan yaradacaq.







Offside