17 noyabr 2026. Çərşənbə axşamı

Azərbaycanın qadın sablyaçılarından ibarət millisi Dünya Kubokunda 14-cü olub


  • Offside
  • 15:06 16.11.2026
  • Oxunma sayı: 31
Azərbaycanın qadın sablyaçılarından ibarət millisi Dünya Kubokunda 14-cü olub

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Misirin paytaxtı Qahirədə keçirilən Dünya Kubokunun mərhələ yarışında 22 kollektiv arasında 14-cü yeri tutub.

Azərbaycan Qılıncoynatma Federasiyasından (AQF) 90deqiqe.Az-a verilən məlumata görə, Zərifə Hüseynova, Səbinə Kərimova, Anna Başta və Palina Kaspiaroviçdən ibarət yığma ilk görüşündə Türkiyə seçməsini 45:30 hesabı ilə məğlub edib.

Azərbaycan komandası ən güclü səkkizliyə yüksəlmək uğrunda qarşılaşmada ABŞ təmsilçilərinə 36:45 hesabı ilə uduzub. Daha sonra 9-16-cı yerlər uğrunda mübarizədə Çin kollektivinə 34:45 hesabı ilə məğlub olan sablyaçılarımız İspaniya millisini 45:29 hesabı ilə üstələyiblər. Son görüşdə isə Ukrayna komandası 36:45 hesabı ilə qalib gəlib.

Fərdi yarışda Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəni Anna Başta göstərib. O, 180 iştirakçı arasında 16-cı yeri tutub. Qrup mərhələsində dörd qələbə qazanan sablyaçımız pley-offda Polşa və ABŞ idmançılarını məğlub edərək ən güclü 64-lüyə yüksəlib. Daha sonra Macarıstan və Çin təmsilçilərinə qalib gələn Başta ən güclü səkkizliyə vəsiqə uğrunda görüşdə Rusiya idmançısı Yana Yeqoryana 11:15 hesabı ilə uduzub.

Digər Azərbaycan təmsilçilərindən Palina Kaspiaroviç ən güclü 32-liyə, Səbinə Kərimova 64-lüyə qədər irəliləyib. Zərifə Hüseynova isə mübarizəni pley-off mərhələsində dayandırıb.

Qeyd edək ki, Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qılıncoynatmanın sablya növündə Azərbaycanı təmsil edən Abbas Hüseynov fərdi yarışda altıncı yeri tutub.







Offside