17 noyabr 2026. Çərşənbə axşamı

Azərbaycan karateçiləri “Tbilisi Open-2026” turnirində 23 medal qazanıblar


  • Offside
  • 15:57 16.11.2026
  • Oxunma sayı: 48
Azərbaycan karateçiləri “Tbilisi Open-2026” turnirində 23 medal qazanıblar

Azərbaycan karateçiləri Gürcüstanda keçirilən WKF üzrə “Tbilisi Open-2026” beynəlxalq turnirində uğurlu çıxış edərək 23 medal əldə ediblər.

Azərbaycan Karate Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, təmsilçilərimiz yarışda 9 qızıl, 2 gümüş və 12 bürünc medala sahib çıxıblar.

Yeddi ölkədən yeniyetmə, gənc və böyüklər kateqoriyaları üzrə 600 idmançının iştirak etdiyi turnirdə Azərbaycanı hakim qismində Mehman Əlirzayev və Murad Hacızadə təmsil ediblər.







Offside