- Offside
- 22:31 16.11.2026
“Palms Sports” Futbol Mərkəzində “Neftçi”nin əsas qadın komandası və U-16 qızlardan ibarət kollektivinin futbolçu və məşqçi heyəti üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Paytaxt klubundan 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edib. O, iştirakçılara antidopinq tələbləri, qadağan olunmuş maddələr və bu sahədə qüvvədə olan qaydalar barədə ətraflı məlumat verib.
Seminar zamanı futbolçuların gündəlik idman fəaliyyətində diqqət yetirməli olduqları məqamlar, antidopinq qaydalarının pozulmasının mümkün nəticələri və idmançıların bu sahədə daşıdıqları məsuliyyət diqqətə çatdırılıb.
Tədbirdə təmiz idman prinsiplərinin qorunmasının və sağlam rəqabət mühitinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.