- Offside
- 22:31 16.11.2026
Azərbaycan Basketbol Liqasında (ABL) VII turun sonuncu oyunları keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, turun sonuncu yarış günündə iki qarşılaşma baş tutub. Bakı İdman Sarayında keçirilən NTD – “Naxçıvan” görüşü qonaq komandanın 84:56 hesablı qələbəsi ilə başa çatıb.
Digər qarşılaşmada “Sumqayıt” doğma meydanda “Ordu”nu qəbul edib. Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə ev sahibləri 123:88 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, VII turun əvvəlki oyunlarında “Sabah” “Neftçi”ni 93:78, “LANDAU Lions” isə “Gəncə”ni 85:62 hesabı ilə məğlub edib.