- Offside
- 22:31 16.11.2026
İngiltərə futbolunun əfsanəsi Devid Bekhem öz adını daşıyan ətirlərin satışı ilə bağlı razılaşma şərtlərinin pozulduğunu iddia edərək "Coty" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
Bekhemin kommersiya hüquqlarını idarə edən DB Ventures şirkətinin iddiasına görə, məhsullar onun razılığı olmadan yanacaqdoldurma məntəqələrində və endirimli malların satıldığı mağaza bölmələrində satışa çıxarılıb. İddiaçılar hesab edirlər ki, bu, brendin premium imicinə zərər vurur.
İddianın ümumi məbləği təxminən 38 milyon avro təşkil edir. "Coty" şirkəti ətirlərin Poundland mağazalar şəbəkəsində satıldığını təkzib edir. Bununla yanaşı, istehsalçı satış məntəqələrini müstəqil seçmək hüququna malik olduğunu bildirir və məhkəmədən iddianın rədd edilməsini istəyir.