- Offside
- 22:43 17.11.2026
Noyabrın 18-dən 27-dək Venesuelanın paytaxtı Karakasda 20 yaşadək şahmatçılar arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, ölkəmizi nüfuzlu yarışda Avropa çempionu (U-14) və dünya çempionu (U-16) Xaqan Əhməd və Lalə Hüseynova təmsil edəcəklər.