- Offside
- 22:43 17.11.2026
Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti və qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev Avropa çempionatının I təsnifat mərhələsində iştirak edəcək U-16 qızlardan ibarət yığmanın üzvləri ilə görüşüb.
AVF-dən 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə mütəxəssis EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) çempionatının gənc idmançılar üçün əhəmiyyətini vurğulayıb. O, bu səviyyəli beynəlxalq yarışların voleybolçulara böyük təcrübə qazandırdığını qeyd edib və perspektivli idmançıların gələcəkdə əsas milli komandanın heyətində yer alacaqlarına ümidvar olduğunu bildirib.
Faiq Qarayev voleybolçulara özlərinə inanmağı, qarşıya qoyduqları hədəflərə çatmaq üçün daha əzmlə çalışmağı tövsiyə edib. O, yığmanın yarışda uğurlu çıxış edəcəyinə inamını ifadə edərək idmançılara müvəffəqiyyət arzulayıb.