19 noyabr 2026. Cümə axşamı

Əməkdar məşqçi Hikmət Hacıyev ikinci dəfə Avropanın ən yaxşı məşqçisi seçilib


  • Offside
  • 11:13 18.11.2026
  • Oxunma sayı: 65
Əməkdar məşqçi Hikmət Hacıyev ikinci dəfə Avropanın ən yaxşı məşqçisi seçilib

Azərbaycan kikboksinqinin nümayəndəsi Hikmət Hacıyev beynəlxalq səviyyədə növbəti uğura imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycanın yeniyetmə və gənclərdən ibarət kikboksinq üzrə milli komandasının baş məşqçisi, Əməkdar məşqçi və Prezident mükafatçısı Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 2026-cı il WAKO Avropa çempionatında ikinci dəfə “Ən yaxşı məşqçi” mükafatına layiq görülüb.

Bu barədə məlumat verilib. Mükafat Hikmət Hacıyevə Azərbaycan kikboksinqinin inkişafına verdiyi töhfələrə, peşəkarlığına və gənc idmançıların yetişdirilməsindəki xidmətlərinə görə təqdim olunub.

Qeyd edək ki, mükafatlandırma zamanı Hikmət Hacıyev WAKO Avropanın prezidenti Espen Lund ilə birlikdə fotoda yer alıb.







Offside