- Offside
- 23:14 18.11.2026
Xorvatiyanın Poreç şəhərində boks üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ikinci günündə millimizin daha bir üzvü növbəti mərhələyə yüksəlib.
+90 kq çəki dərəcəsində mübarizə aparan Səbuhi Əlizadə 1/8 finalda Ermənistan təmsilçisi İşxan Hovsepyanla qarşılaşıb. Üç xəbərdarlıq alan rəqib diskvalifikasiya olunduğundan boksçumuz qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.
Səbuhi Əlizadə növbəti mərhələdə ilk turdan azad olan Bolqarıstan təmsilçisi Kiril Georgiyevlə qarşılaşacaq. Döyüş noyabrın 20-də keçiriləcək.