19 noyabr 2026. Cümə axşamı

AMADA və TRİM idmançılar üçün antidopinq seminarı təşkil edib


  • Offside
  • 12:41 18.11.2026
  • Oxunma sayı: 51
AMADA və TRİM idmançılar üçün antidopinq seminarı təşkil edib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Təhsil Respublika İdman Mərkəzinin (TRİM) birgə təşkilatçılığı ilə təmiz idman prinsiplərinin təbliği və idmançılar arasında antidopinq mədəniyyətinin formalaşdırılması məqsədilə maarifləndirici tədbir keçirilib.

AMADA-nın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, iki hissədən ibarət görüşdə müxtəlif idman növləri üzrə perspektivli idmançılar və onların məşqçiləri iştirak ediblər.

Tədbirin əsas məqsədi iştirakçıları qadağan olunmuş maddə və üsulların siyahısı, dopinq nəzarəti prosedurları, eləcə də dopinq istifadəsinin insan sağlamlığına və idman karyerasına mənfi təsirləri barədə məlumatlandırmaq olub.

Mütəxəssislər interaktiv formatda keçirilən müzakirələr zamanı dopinq nəzarəti prosedurunun qaydaları, testvermə prosesi, idmançıların hüquq və vəzifələri, terapevtik istifadə üçün istisnalar (TUE), həmçinin bioloji aktiv qida məhsullarından istifadənin mümkün riskləri barədə ətraflı izahat veriblər.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təmiz idman prinsiplərinə sadiq qalmağın vacibliyi bir daha vurğulanıb.

Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.







Offside