- Offside
- 23:14 18.11.2026
Azərbaycan Atletika Federasiyasının (AAF) beynəlxalq əlaqələr üzrə koordinatoru və təhlükəsiz idman üzrə mütəxəssisi Ayxan Xəkili noyabrın 17-də İsveçrənin Cenevrə şəhərində keçirilən “European Athletics Safeguarding Workshop” seminarına qatılıb.
Federasiyanın mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, “European Athletics”in təşkilatçılığı ilə baş tutan tədbirdə “World Athletics” və “World Gymnastics” də daxil olmaqla, beynəlxalq idman qurumlarının nümayəndələri iştirak ediblər.
Seminarın əsas məqsədi idmanda təhlükəsiz mühitin yaradılması, idmançıların hüquqlarının qorunması və bu istiqamətdə müvafiq prinsiplərin təşviqi sahəsində beynəlxalq təcrübə mübadiləsi aparmaq olub.