19 noyabr 2026. Cümə axşamı

Azərbaycan cüdoçularının dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib


  • Offside
  • 15:30 18.11.2026
  • Oxunma sayı: 45
Azərbaycan cüdoçularının dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib

Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçilərinin ilk rəqibləri bəlli olub.

Azərbaycan Cüdo Federasiyasından (ACF) 90deqiqe.Az-a verilən məlumata görə, noyabrın 19-dan 22-dək təşkil olunacaq mundialda ölkəmizi 10 çəki dərəcəsində 14 idmançı – 9 oğlan və 5 qız təmsil edəcək.

78 ölkədən 574 cüdoçunun qatılacağı yarışın fərdi görüşləri noyabrın 19-21-də keçiriləcək.

Azərbaycan təmsilçilərinin ilk rəqibləri və qarşılaşmaların mərhələləri belədir:

Qızlar

48 kq, 1/16 final

  • Nərgiz Əhmədova – Maria Valensiya (Çili)

52 kq, 1/16 final

  • Aysun Məmmədova – Rima Burihan (Kanada)

57 kq, 1/16 final

  • Xədicə Qədəşova – Selin Bestav (Türkiyə) / Nino Xaraişvili (Gürcüstan) cütünün qalibi

  • Vüsalə Hacıyeva – Nika Tomts (Sloveniya)

63 kq, 1/16 final

  • Hanna Zaytseva – Mariam Natelauri (Gürcüstan)

Oğlanlar

60 kq, 1/16 final

  • Ayxan Mirzəzadə – Gavreil Şanran Lu E Xan (Honkonq) / Stratos Xaralampus (Kipr) cütünün qalibi

66 kq, 1/16 final

  • Məhəmməd Musayev – Maqni Lauritsen (Danimarka) / Yun Vinq Yat (Honkonq) cütünün qalibi

81 kq

  • 1/32 final: Mehdi Abbasov – Edoardo Mikele Russo (İtaliya)

  • 1/32 final: Cəsur İbadlı – Anas Buqammaz (Küveyt)

90 kq

  • 1/16 final: Süleyman Şükürov – Nikolas Zadvinski (ABŞ) / İnomjon Baxodirov (Özbəkistan) cütünün qalibi

  • 1/32 final: Aslan Kotsoyev – Dilşod Naşirov (Özbəkistan)

100 kq

  • 1/16 final: Davud Namazlı – Fadil Məhəmməd İsmaqombetov (Qırğızıstan)

  • 1/32 final: Canpolad Əliyev – İvan Harmaş (Ukrayna)

+100 kq, 1/16 final

  • Ramazan Əhmədov – Temuulen Munxçuluun (Monqolustan)







Offside