18 noyabr 2026. Çərşənbə

Qadın voleybolçuların Super Liqasında III tura start verilib


  • Offside
  • 21:02 18.11.2026
  • Oxunma sayı: 42
Qadın voleybolçuların Super Liqasında III tura start verilib

Qadın voleybolçuların Azərbaycan Super Liqasında III turun oyunlarına start verilib.

 90deqiqe.Az xəbər verir ki, turun ilk qarşılaşmasında “Turan” və “Naxçıvan” komandaları üz-üzə gəliblər. Tovuz Olimpiya İdman Kompleksində keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Setlər üzrə hesab 25:14, 25:18 və 25:20 olub.

Qeyd edək ki, III turun digər qarşılaşmaları noyabrın 19-da, 20-də və 21-də keçiriləcək.

18 noyabr

Super Liqa, III tur

“Turan” – “Naxçıvan” – 3:0 (25:14, 25:18, 25:20)

19 noyabr

Super Liqa, III tur

16:00. UNEC – “Azərmaş Abşeron”

Məkan: UNEC VK-nın idman zalı.

20 noyabr

Super Liqa, III tur

16:00. “Azərreyl” – “DH Volley”

Məkan: Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

21 noyabr

Super Liqa, III tur

14:00. “Murov Az Terminal” – “Gəncə”

Məkan: “Murov Az Terminal” VK-nın idman zalı.







Offside