- Offside
- 23:00 18.11.2026
Azərbaycan təmsilçisi “Landau Lions” basketbol üzrə avrokubok yarışının qrup mərhələsində növbəti oyununu keçirib.
90deqiqe.Az xəbər verir ki, Bakı klubu doğma meydanda Slovakiyanın “BC Prievidza” komandası ilə qarşılaşıb. Görüş qonaqların 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın ilk yarısını üstün başa vuran və üçüncü periodun sonunda hesabda öndə olan “Landau Lions” son hissədə üstünlüyünü qoruya bilməyib və məğlub olub.