18 noyabr 2026. Çərşənbə

“Gəncə” FIBA Avropa Kubokunda bir xalla məğlub olub


  • Offside
  • 22:07 18.11.2026
  • Oxunma sayı: 45
“Gəncə” FIBA Avropa Kubokunda bir xalla məğlub olub

“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, C qrupunun VII turu çərçivəsində səfərdə Yunanıstanın “Kolossos” komandası ilə qarşılaşan Murat Dikmenin rəhbərlik etdiyi kollektiv 78:79 hesabı ilə məğlub olub.

Faliraki şəhərindəki “Kalliteya” zalında keçirilən görüşdə Azərbaycan təmsilçisi rəqibinə cəmi bir xal fərqi ilə uduzub.

Qeyd edək ki, “Gəncə” qrupda keçirdiyi əvvəlki altı oyunun yalnız birində qələbə qazanıb. Hazırda 7 xalla turnir cədvəlinin sonuncu – altıncı pilləsində qərarlaşıb.

Bundan əlavə, Azərbaycan təmsilçisi səfərdə Bolqarıstanın “Rilski Sportist” klubu ilə keçirilməli olan oyuna yollanmadığı üçün 0:20 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.







Offside