18 noyabr 2026. Çərşənbə

Edqar Davidsin 37 sənət əsərini lombarda qoyan qadın həbsə məhkum edilib


  • Offside
  • 22:39 18.11.2026
  • Oxunma sayı: 49
Edqar Davidsin 37 sənət əsərini lombarda qoyan qadın həbsə məhkum edilib

Niderland millisinin sabiq futbolçusu Edqar Davidsin rəfiqəsi Nabila Habibi qiyabi olaraq 28 ay müddətinə azadlıqdan məhrum edilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Independent” məlumat yayıb.

39 yaşlı Habibi Davidsin köç işlərini təşkil etməyi və əşyalarını saxlamağı etibar etdiyi şəxs olub. Lakin o, futbolçuya məxsus 37 rəsm əsərini və digər sənət nümunələrini lombarda qoyub.

Kolleksiyanın yoxa çıxması barədə məlumat Honkonqdan olan bir alıcının sosial şəbəkələr vasitəsilə Davidslə əlaqə saxlamasından sonra üzə çıxıb. Həmin şəxs hərracda əsərlərdən birini alıb və onun tarixçəsi ilə maraqlanıb.

Habibi müxtəlif səbəblər göstərərək dəfələrlə məhkəmə iclaslarına qatılmayıb. Çərşənbə günü hakim onun iştirakı olmadan hökm çıxarıb. Həmin vaxt qadın artıq dördüncü dəfə ardıcıl olaraq məhkəməyə gəlməyib.

Habibi barəsində həbs qərarı verilib. Hakimiyyət orqanları onun cəzasını Böyük Britaniyada çəkməsi üçün Belçikadan ekstradisiyasına dair tədbirlər görür.

Davids oğurlanmış 11 rəsm əsərini geri qaytara bilib. Digər sənət nümunələrinin taleyi isə hələ də məlum deyil. Habibinin əldə etdiyi gəlirlərin geri alınması ilə bağlı məhkəmə prosesi gələn ilə təyin olunub.







Offside