18 noyabr 2026. Çərşənbə

Fərid Qayıbov “Eurosport”un nümayəndələri ilə görüşüb


  • Offside
  • 22:57 18.11.2026
  • Oxunma sayı: 37
Fərid Qayıbov “Eurosport”un nümayəndələri ilə görüşüb

Noyabrın 18-də gənclər və idman naziri Fərid Qayıbov “Eurosport”un beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyardla görüşüb.

Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə idman yarışlarının beynəlxalq səviyyədə təbliği, media sahəsində əməkdaşlıq və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev də iştirak ediblər.







Offside