- Offside
- 23:00 18.11.2026
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
90deqiqe.Az xəbər verir ki, H qrupunun VII turu çərçivəsində Latviyada “Riqa” klubunun qonağı olan “ağ-qaralar” 55:96 hesabı ilə məğlub olublar.
Qeyd edək ki, “Neftçi” əvvəlki altı qarşılaşmanın yalnız birində qələbə qazanıb, beşində isə məğlub olub. Bakı təmsilçisi 8 xalla H qrupunun sonuncu pilləsində qərarlaşıb.