19 noyabr 2026. Cümə axşamı

Azərbaycanın yeniyetmə taekvondoçuları Yardımlıda təlim-məşq toplanışına qatılıblar


  • Offside
  • 15:07 19.11.2026
  • Oxunma sayı: 17
Azərbaycanın yeniyetmə taekvondoçuları Yardımlıda təlim-məşq toplanışına qatılıblar

Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvləri Yardımlıda təlim-məşq toplanışına cəlb olunublar.

Azərbaycan Taekvondo Federasiyasından (ATF) 90deqiqe.Az-a verilən məlumata görə, hazırlıq prosesi yığmanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Cəlil Abdullayevin rəhbərliyi ilə keçirilir.

Toplanış zamanı idmançıların taktiki-texniki bacarıqlarının təkmilləşdirilməsinə, döyüş taktikasının və yarışlara hazırlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir.

Qeyd edək ki, təlim-məşq toplanışı noyabrın 21-də başa çatacaq.







Offside