- Offside
- 18:07 19.11.2026
Noyabrın 20-22-də Cənubi Koreyanın Muju şəhərində keçiriləcək parataekvondo üzrə dünya çempionatında Azərbaycan dörd idmançı ilə təmsil olunacaq.
Azərbaycan Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, ölkəmizi K44 kateqoriyasında İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) təmsil edəcəklər.
İdmançılarımız mundialda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında mübarizə aparacaqlar.