- Offside
- 18:07 19.11.2026
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatının ilk yarış gününü bir medalla başa vurublar.
90deqiqe.Az-ın məlumatına görə, yığmamızın üzvü Məhəmməd Musayev (66 kq) mundialın bürünc medalına sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi İslam Sultiqova qalib gəlib.
Digər təmsilçimiz Xədicə Qədəşova (57 kq) isə bürünc medal uğrunda qarşılaşmada Sloveniyadan olan Nika Tomca məğlub olub.
Qeyd edək ki, gənclər arasında dünya çempionatı noyabrın 22-dək davam edəcək.