19 noyabr 2026. Cümə axşamı

Azərbaycan ağırlıqqaldıranı Rusiyada keçirilən beynəlxalq yarışda üçüncü yeri tutub


  • Offside
  • 19:04 19.11.2026
  • Oxunma sayı: 11
Azərbaycan ağırlıqqaldıranı Rusiyada keçirilən beynəlxalq yarışda üçüncü yeri tutub

Azərbaycan ağırlıqqaldıranı Fuad Həsənov Rusiyada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Açıq Kubokunda medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdənqaldırma hərəkətində 130 kq, təkanlaqaldırmada isə 160 kq nəticə göstərib.

İki hərəkətin cəmində 290 kq ağırlıq qaldıran Fuad Həsənov yarışı üçüncü pillədə başa vuraraq bürünc medala sahib çıxıb.







Offside